Mourinyu Lempardın “Çelsi”dən qovulmasına münasibət bildirdi

  • Space TV
  • 26 Yanvar 2021 16:15

“Tottenhem”in baş məşqçisi Joze Mourinyu həmkarı Frenk Lempardın “Çelsi”dən qovulmasına münasibət bildirib.

Bu barədə “Goal” məlumat yayıb.

“Düşünmürəm ki, Frenk yaxın ətrafı – ailəsi və dostlarından başqa mənimlə və ya başqa kimləsə danışmaq istəyər. Həmkarım işini itirəndə həmişə kədərlənirəm, ancaq Frenk sadəcə həmkarım da deyil. O, mənim karyeramda vacib insandır, buna görə də baş verənlərə görə təəsüflənirəm. Futbolun qəddarlığı bundadır. Xüsusən müasir futbolun… Buna görə də məşqçi olanda bilməlisiniz ki, gec ya tez sizin başınıza bu gələcək”, – deyə J.Mourinyu bildirib.

Paylaş

 Xəbəriniz olsun