Mourinyu karyerasında ilk dəfə ardıcıl iki ev oyununda məğlub oldu

  • Space TV
  • 5 Fevral 2021 13:28

İngiltərə Premyer Liqasının 22-ci turunda “Tottenhem” evində “Çelsi”yə 0:1 hesabı ilə məğlub olub.

Bu qarşılaşma “Tottenhem”in baş məşqçisi Joze Mourinyunun karyerasında 327-ci ev oyunu kimi yadda qalıb. Portuqaliyalı məşqçi karyerası ərzində ilk dəfə ardıcıl iki ev oyununda məğlub olub. Belə ki, bundan öncəki qarşılaşmada ev oyununda “Tottenhem” “Liverpul”a uduzub.

Paylaş

 Xəbəriniz olsun