Moskvadan Bakıya uçan təyyarə təcili eniş etdi

  • SpaceTV
  • 2 Noyabr 2019 15:07

Moskva-Bakı reysini həyata keçirən təyyarə Rusiyanın paytaxtındakı ehtiyat aerodromda eniş edib. 

Ren.tv xəbər verir ki, buna səbəb təyyarənin qabaq şüşəsində yaranmış nasazlıq olub. İnsident noyabrın 1-də baş verib. REKLAM

Hava gəmisi “Azərbaycan Hava Yolları”na aid olub. 

Şirkətdən SPACE TV verilən açıqlamada bildirilib ki, insidentdən sonra Bakıdan Moskvaya əlavə təyyarə göndərilib və həmin hava gəmisi sərnişinləri Bakıya çatdırıb. 

Paylaş

 Xəbəriniz olsun