Moskvada Xəzərlə bağlı iclas keçirildi

  • Space TV
  • 16 Dekabr 2019 14:45

İkinci Xəzər İqtisadi Forumu 2021-ci ildə Həştərxanda keçiriləcək.

SPACE TV-in TASS-a istinadən məlumatına görə, bu barədə Moskvada Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkinin başçılığı ilə keçirilən Təşkilat Komitəsinin iclasında bildirilib.

M.Oreşkin deyib ki, forumun Rusiyada keçirilməsi Xəzəryanı ölkələrlə əməkdaşlığın genişləndirilməsinə kömək edəcək əlamətdar hadisədir.

İkinci Xəzər İqtisadi Forumu iki gün davam edəcək. Forumda iqtisadi, ekoloji və humanitar mövzularda bir neçə müzakirə platforması təşkil olunacaq.

Paylaş

 Xəbəriniz olsun