Moskvada İmadəddin Nəsiminin büstü ucaldılıb

  • SpaceTV
  • 28 Oktyabr 2019 18:13

Rusiyanın paytaxtı Moskva şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin büstü ucaldılıb.

SPACE TV bildirir ki, abidə Heydər Əliyev Fondunun və Azərbaycanın Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Atriumunda qoyulub.

Səfirlikdən verilən məlumata görə, abidənin açılışı oktyabrın 30-da baş tutacaq.

Qeyd edək ki, abidə “Nəsimi ili” çərçivəsində ucaldılır.

Paylaş

 Xəbəriniz olsun