Moskvada Beynəlxalq Onkoloji Mərkəzdə yanğın: Ölənlər var

  • Space TV
  • 3 Dekabr 2020 10:28

Rusiyanın Moskva şəhərində Beynəlxalq Onkoloji Mərkəzdə yanğın baş verib.

Spacetv.az TASS-a istinadən xəbər verir ki, binadan 20-dən çox insan təxliyyə edilib. Onlar inşaat işçiləri olublar.

Təcili yardım xidmətindən bildirilib ki, hadisə nəticəsində iki nəfər ölüb.

Bundan əvvəl bir nəfərin öldüyü və bir nəfərin yaralandığı bildirilmişdi.

Mənbənin verdiyi məlumata görə, yanğının baş verdiyi bina yenidənqurma mərhələsindədir.  

Paylaş

 Xəbəriniz olsun