Moskvada banka hücum olub

  • Space TV
  • 2 Dekabr 2020 16:59

Psixi xəstəlikdən əziyyət çəkən şəxs Dağlıq Altay bankının Moskvadakı şöbəsinə soxularaq oranı partlatmaqla hədələyib və 300 min rubl (6 750 AZN) tələb edib.

Spacetv.az xəbər verir ki, məlumatı “İnterfax” yayıb.

Xüsusi əməliyyat tədbirindən sonra həmin şəxs polis tərəfindən saxlanılıb.

Saxlanılan şəxsin vəkili bildirib ki, psixiatrik ekspertizanın nəticələrinə əsasən, müvəkkili psixi xəstəlikdən əziyyət çəkir.

Paylaş

 Xəbəriniz olsun