Moskvada Azərbaycan fortepiano musiqisi konserti keçiriləcək

  • SpaceTV
  • 29 Noyabr 2019 16:45

Rusiyanın Moskva şəhərində Azərbaycan fortepiano musiqisi konserti keçiriləcək.

“Dostları toplayırıq” festivalı çərçivəsində keçiriləcək “Şostakoviçdən sonra” adlı konsert avqustun 21-i Moskva Konservatoriyasında olacaq.

SPACE TV-in xəbərinə görə, konsert proqramında Şostakoviçin əsas tələbələri olan Qara Qarayev və Georgi Sviridovun əsərləri yer alacaq.

Gecənin solisti – Azərbaycan musiqisinin Rusiyada və Avropada təbliğatçısı, Beynəlxalq konkursların laureatı pianoçu Olqa Domnina duyğularını dilə gətirib:

“Şostakoviçin musiqi irsi Rusiya ilə Azərbaycanı birləşdirən mühüm mədəni körpüdür. Ümid edirəm ki, konsert Azərbaycan ictimaiyyəti arasında maraq oyadacaq, ona görə də Azərbaycan klassik musiqisinə qayğı göstərən hər kəsi dəvət edirəm”.

Xatırladaq ki, o, ötən il Vadim Repin və Maksim Vengerovla birlikdə Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Qara Qarayevin anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley şənliklərində iştirak edib.

Paylaş

 Xəbəriniz olsun