Moskva rəhbərliyi erməni diasporuna xəbərdarlıq edib

  • Space TV
  • 29 Sentyabr 2020 11:36

Moskva rəhbərliyi erməni və azərbaycanlı diasporlarına Dağlıq Qarabağda münaqişənin artması fonunda toqquşmaların və təxribatların yolverilməzliyi barədə xəbərdarlıq edib.

Spacetv.az xəbər verir ki, Ticarət və Xidmət Departamentinin rəhbəri Aleksey Nemeryuk “Podyom” nəşrinə bildirib ki, meriya iyul ayında qarşıdurmaların təkrarlanmaması üçün paytaxtdakı vəziyyəti fəal şəkildə izləyir.

Onun sözlərinə görə, internet məkanındakı vəziyyətin monitorinqi gedir:

“Digər tədbirlər üçün hələ tezdir, münaqişə vəziyyəti yoxdur. Ancaq hər kəsə bu vəziyyətlərdən mümkün qədər qaçınmaq üçün xəbərdarlıq edilib”.

Paylaş

 Xəbəriniz olsun