Moskva metrosunda qəza: Qatar tunelin divarına çırpıldı

  • SpaceTV
  • 4 İyun 2020 11:34

Rusiya paytaxtında metropolitendə qatar tunelin divarına çırpılıb.

MK qəzeti qəza yerindən görüntüləri yayımlayıb.

Məlumata görə, “Planernoye” elektrodeposunda “Moskva” qatarı divarı dəlib. Toqquşma qatar saatda beş kilometr sürətlə hərəkət edərkən baş verib.

Mənbədən qəzetə bildirilib ki, qəzaya maşinistin “KTR” (rezerv əyləcə nəzarət) düyməsini basmağı unutması səbəb olub.

Hadisə nəticəsində zərər çəkən yoxdur.

Paylaş

 Xəbəriniz olsun