Moskva metrosunda döyüş sursatı gəzdirən şəxs saxlandı

  • Space TV
  • 7 Dekabr 2020 09:55

Moskva metrosunda üzərində güllələr olan 20 yaşlı gənc polis tərəfindən saxlanılıb.

Spacetv.az-ın məlumatna görə, bu barədə hüquq mühafizə orqanlarına istinadla “Ren TV” xəbər yayıb. 

Bildirilib ki, “Kiyevskaya” metro stansiyasında hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsi saxlayarkən onun çantasından 7,62 millimetrlik kalibrli 11 güllə götürüblər. Onlardan biri təlim, digərləri isə atış üçün nəzərdə tutulub.

Gənc güllələri Moskvadakı bir hərbi hissənin poliqonunda tapdığını və özündə saxladığını bildirib. Həmin şəxs haqqında döyüş sursatlarının qanunsuz saxlanması ilə bağlı cinayət işi başladılıb. 

Paylaş

 Xəbəriniz olsun