Moruq yığmağa getdi canından oldu

  • SpaceTV
  • 27 Avqust 2019 12:38

Quba sakinin başına bədbəxt hadisə gəlib. Meşəyə moruq yığmağa gedən kənd sakini geri dönməyib.  O, bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Quba rayonunda bir nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. Rayonun Suxtakələ kənd sakini Nəsirov Sahib Nüsrəddin oğlu avqustun 25-i saat 15:00 radələrində meşəyə getdikdən sonra geri qayıtmayıb. 57 yaşlı Sahib Nəsirovun axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qüvvələri cəlb olunub. Axtarışlar nəticəsində Sahib Nəsirovun meyiti bu gün səhər saatlarında meşəlik ərazidə aşkarlanıb.

Məlum olub ki, mərhum meşədə moruq yığmağa gedərkən onun üzərinə ağac aşıb, nəticədə həmin şəxs dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Emin Vaqifoğlu Quba

Paylaş

 Xəbəriniz olsun