“Mona Liza” əsəri haqqında film çəkilir

  • SpaceTV
  • 4 Fevral 2020 14:12

Amerikalı aktrisa və rejissor Codi Foster Leonardo Da Vinçinin “Mona Liza” rəsminin oğurlanması haqqında film çəkir.

Axşam.az xəbər verir ki, real hadisələr üzərində lentə alınan ekran işi 1911-ci ildə 3 fəhlənin Luvr muzeyindən oğurladığı əsərdən bəhs edir.

Filmin ssenari müəllifi Uilyam Uillerdir.

Codi Foster ekran işini nə zaman təqdim edəcəyi barədə isə heç bir məlumat verməyib.

Paylaş

 Xəbəriniz olsun