Moldovanın məşhur nəşri Şuşanın işğalından yazdı

  • SpaceTV
  • 8 May 2020 15:53

Bu gün Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 28 il ötür.

SPACE TV xəbər verir ki, mədəniyyət mərkəzi Şuşa şəhərinin işğalının ildönümü yalnız Azərbaycan mətbuatında deyil, eyni zamanda bir çox dünya KİV-lərində işıqlandırılıb.

Elə Moldovanın ən məşhur nəşrlərindən sayılan “Tribuna” nəşri də “Şuşanın işğalından 28 il ötür” başlığı ilə oxucularına və bütün dünya ictimaiyyətinə bu həqiqəti çatdırmağı özünə borc bilib:

“28 il əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Şuşa şəhəri işğal edilib.

Şuşa – Şərqdə ilk operanın müəllifi Üzeyir bəy Hacıbəyli, şairə Xurşudbanu Natəvan, azərbaycanlı müğənni Bülbül və bir çox başqaları da daxil olmaqla məşhur mədəniyyət xadimlərinin yaşadığı və yaratdığı Azərbaycan mədəniyyətinin beşiyidir. Azərbaycan təbiətinin bənzərsiz mənzərəli guşələrindən birində yerləşən Şuşa milli memarlıq və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsidir. 1977-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsinin tarixi-memarlıq qoruğu elan edilməsi haqqında” qərar qəbul edildi.

Zəngin tarixi keçmişə sahib, Qarabağın mühüm iqtisadi, siyasi və mədəni mərkəzi – Azərbaycanın Şuşa şəhəri xalqın qəlbində və zehnində xüsusi yer tutur.

Azərbaycanın ən zəngin mədəniyyət-tarix mərkəzlərindən biri olan Şuşanın tutulması ilə Dağlıq Qarabağın işğalı başa çatıb”, – “Tribuna” nəşrinin “Şuşanın işğalından 28 il ötür” başlıqlı məqaləsində qeyd olunur.

Moldovanın nüfuzlu nəşri həmçinin Şuşanın işğalı ilə bağlı statistik məlumatları təqdim edib, ermənilər tərəfindən bir çox mədəniyyət nümunələrinin, tarixi abidələrin məhv edildiyini vurğulayıb.

Paylaş

 Xəbəriniz olsun