Moldovadakı soydaşlarımızın “Güc birlikdədir” şüarı ilə forumu keçirilib

  • SpaceTV
  • 17 Fevral 2020 12:15

2020-ci ilin 15 fevral tarixində Səfirliyin dəstəyi və Moldova Azərbaycanlılar Kongresinin təşkilatçılığı ilə Moldova Respublikasının Kişineu şəhərində yerləşən Mariot otelinin konfrans zalında ilk dəfə olaraq “Güc birlikdədir” şuarı altında Moldovada yaşayan gənc soydaşlarımızın Forumu keçirilib.

SPACE TV  xəbər verir ki, forumun əsas məqsədi, Moldova Respublikasının bütün bölqələrində yaşayan gənclərimizin bir araya gətirilməsi, onların yeni təklifləri ətrafında fikir mübadiləsinin aparılması, həmçinin gənclərin problemləri ilə yaxından tanış olmaq,eyni zamanda istedadlı və bacarıqlı gənclərin yaşadıqları ölkənin ictimai-siyasi həyatında yertutmaları üçün dəstəyin edilməsi olub.

Forumda Moldova Respublikasının Mədəniyyət və Təhsil Nazirliyinin Dövlət Katibi İvan Georgiu, Millətlərarası Agentliyinin Baş direktoru Nikolayu Reditsa, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin idarə rəhbəri Ruslan Guliyev, Səfirliyin əməkdaşları, Moldova Azərbaycanlılar Konqresinin gənc üzvləri və 30 il öncə diasporanın yaranmasında fəal olan hörmətli soydaşlarımız iştirak edib.

Tədbirin açılışı gənclərdə vətənə hörmət hisslərinin artırılması məqsədilə ümummilli lider H.Əliyevin Azərbaycan haqqında söylədikləri sözlər və ulu öndərin S.Vurğunun “El bilir ki sən mənimsən” adlı şeirinin duyğulu söyləməsi səhnəsinin nümayişı ilə başlanılmış daha sonra azərbaycan və moldova himnləri səsləndirilib.

İlk öncə söz Moldova Azərbaycanlılar Konqresinin sədri Heybət Məcidova verilib. H.Məcidov çıxışında qonaqları salamlayaraq forumun məqsədindən danışmış, gənclərimizin diasporanın 30 il öncə yaradılmasının əsasında duran soydaşlarımızın məsləhətlərindən və köməklərindən faydalanmağa çağırıb.

Moldova Respublikasının Mədəniyyt və Təhsil Nazirliyiin Dövlət Katibi İvan Georgiuöz çıxışında gənc soydaşlarımızn ilk dəfə bu forumun təşkil edilməsi münasibətilə təbrik etmiş, “Güc Birlikdədi” şuarının artıq bütün forumun məqsədini açıq göstərdiyini və bele bir forumun tərifəlayiq olduğunu qeyd edib. İ. Georgiu Moldovanın Mədəniyyət və Təhsil Nazirinin isti salamlarını çatdırmış və onlar tərəfindən gənclərimiz ilə daim çalışmağa və dəstək olmalarına hazır olduqlarını vurğulayıb.

Millətlərarası Agentliyinin Baş direktoru Nikolayu Reditsa öz çıxışında ilk dəfə olaraq, çoxsaylı gənclərimizin bir araya toplanmasını onda qürur hissini oyatdığını, bele bir forumun ilk dəfə təşkil edilməsi üçün Səfirliyə dərin təşəkkürünü bildirib N.Reditse, onun rəhbərlik etdiyi Agentliyin qapiları gənclərimizə daim açıq olduğunu, onlar tərəfindən keçiriləcək hər hansı bir tədbir üçün agentliyin bütün resurslarından istifadə edilməsinə dəstək olacağına vəd vermişdir. Həmçinin o, Azərbaycan Respublikasının Prezidentinin və Diasporla İş üzrə Dövlət Komitəsinin öz soydaşlarının problemləri və inkişafları ilə daim maraqlanmalarını gözəl nümunə olduğunu bildirib.

Daha sonra forumda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin idarə rəhbəri Ruslan Guliyev çıxış edərək, Komitənin sədri F.Muradovun adından hər kəsi salamlayaraq sədrin xoş sözlərini çatdırmışdır. Daha sonra R.Quliyev Komitənin fəaliyyəti, həyata keçirdiyi layihələri barədə danışmışdır. Onun tərəfindən gənc soydaşlarımıza Komitənin nəzdində yardım fondunun mövcudluğu barədə məlumat verilmiş, gənclərimizin Komitənin saytında qeydiyyatdan keçərək təqdim edilən maraqlı və kreativ layihələrin yardım fondu tərəfindən maliyyəşdirilməsi üçün fəal olmağa çağırışlar edib.

Səfir Q.Osmanov öz çıxışında xaricdə yaşayan soydaşlarımızın birliyi və qorunması üçün ümummilli lider Heydər Əliyevin verdiyi töhfədən danışmış, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin apardığı işdən, Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin Moldova Prezidenti ilə dəfələrlə görüşlərində soydaşlarımızın məsələlərini gündəmdə saxlamasından danışmışdır. Səfir gənclərimizi daim öz üzərində çalışmalarına, öz ana dilləri ilə yanaşı yerləşdiyi ölkənin dilini bilmələrinə, Moldova mədəniyyəti və həyat tərzinə uyğun olmalarına, eyni zamanda öz köklərini unutmayaraq milli ruhun qorunmasına çağırışlar etmişdir. Səfir gənc soydaşlarımı bir arada toplanmağından məmnun olduğunu, çoxsaylı gənclərimizin iradəli, savadlı və bacarıqlı olmalarından fəxr etdiyini vurğulamışdır.

Daha sonra meydan gənclərimizə verilib, onların yeni ideyaları, fikirləri və təklifləri dinlənilmişdir, maraqlı mövzular ətrafında fikir mübadiləsi aparılmışdır.

Sonra, Moldova Azərbaycanlılar Konqresinin gənc üzvü Zamir Qubadov 2020-ci ilin 1-2 fevral tarixindəAzərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən Vyanada təşkil edilmiş Azərbaycanlı Gənclər Forumunda iştirakından və təsuratlarından danışmış gənclərimizi bərabər olmağa və bir birilərinə əllərindən gələn köməkliyi etmələrinə çağırmışdır.

Digər bir gənc Ruslan İsmayılov, eyni zamanda Moldova Azərbaycanlılar Kongresi Şurasının üzvü söz alaraq, şuranın adından gözlənilməz bir gərarı səsləndirmişdir. O tribunaya çıxaraq Şuranın gərar və tələbini Səfirə çatdırılmasında soydaşlarımız tərəfindən səlahiyyətli olduğunu bildirmişdir. Onun tərəfindən, Moldova Azərbaycanlılar Konqresinin daha da güclü və bir yumuruq kimi birləşməsi üçün, gənclərimizin gələcəkdə Moldovanın bütün strukturlarına yeridilməsi məqsədilə güclü və müdrük liderin olmasının vacibliyini bildirmişdir. O, şuranın gərarına əsasən bu liderliyi hal-hazırda yalnız bir nəfərə Firuz İsayevə məxsus olduğu vurğulamış və hətta Kongresin adından, gənclərin gələcəyi naminə Firuz İsayevin Kongresin növbəti iclasında lideri seçilməsi tələbini irəli sürmüşdür. F.İsayevin Kongresin lideri seçilməsində Səfirliyin qarant olmasına və bu məsələnin tezliklə öz həllini tapmasında Səfirin yardımçı olmasını xahiş etmişdir.

Öz növbəsində, Səfir Q.Osmanov belə bir çıxışın gözlənilməz olduğunu, və məsələnin gələcək iclasda səsə qoyulmasında forum iştirakçılarına müraciət etmişdir. Forumun iştirakçıları yekdilli olaraq onların lideri qismində Firuz İsayevin olmasını dəstəkləmişlər.

Forumda yerli KİV tərəfindən çəkilişlər aparılırdı. KİV nümayəndələri ilə söhbətimiz zamanı onlar tərəfindən ilk dəfə belə canlı, maraqlı vəsəmimi forumun izlənilməsi qeyd edilmişdir.

Forum çərçivəsində iştirakçılara təşkil edilmiş furşetdə gənc soydaşlarımız bir-biriləri ilə yaxından tanış olmuş, səmimi ünsiyyətlərini davam edərək belə bir fürsəin ilk dəfə yaranmasından məmnun olduqlarını bildirmişdilər. Onlar tərəfindən ilk dəfə belə bir tədbirin təşkil edildiyi üçün Səfir başda olmaqla Səfirliyin əməkdaşlarına dərin təşəkkür bildirilmişdir.

Paylaş

 Xəbəriniz olsun