Moldova prezidentinin andiçmə tarixi açıqlanıb

  • Space TV
  • 30 Noyabr 2020 16:06

Moldova prezidentinin andiçmə mərasimi dekabrın 24-də Kişineuda Respublika sarayında keçiriləcək.

Spacetv.az TASS-a istinadən xəbər verir ki, bunu Moldovanın yeni prezidenti Mayya Sandu bildirib.

Onun sözlərinə görə, pandemiyaya görə andiçmə mərasimində iştirak edənlərin sayı məhdud olacaq.

Qeyd edək ki, Moldovada noyabrın 15-də keçirilən prezident seçkisində Fəaliyyət və Həmrəylik Partiyasının lideri Mayya Sandu 57,75 faiz səs toplayaraq qalib gəlib.

Paylaş

 Xəbəriniz olsun