Moldova Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

  • SpaceTV
  • 19 Oktyabr 2020 14:08

Moldova hökuməti Dağlıq Qarabağdakı münaqişəyə ilk dəfə rəsmi reaksiya verib.

Spacetv.az xəbər verir ki, bu barədə “eNews” xəbər yayıb.

Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya naziri Oleq Tsulya azərbaycanlı həmkarı Ceyhun Bayramova Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik ünvanlayıb.

Eyni zamanda, o, ölkəsinin Azərbaycan dövlətinin ərazi bütövlüyünə dəstəyini dilə gətirib.

Tsulya bu hadisəni Dnestryanı bölgədəki vəziyyətə bənzədərək, Moldovanın dondurulmuş münaqişənin nə olduğunu hamıdan yaxşı bildiyini vurğulayıb. Nazir bu məsələlərin sülh yolu ilə həll olunmasının vacibliyini qeyd edib və beynəlxalq ictimaiyyətin səyləri sayəsində Ermənistanla Azərbaycan arasında silahlı toqquşmaların dayandırılacağına inandığını bildirib.

Paylaş

 Xəbəriniz olsun