“Moderna” peyvəndi vurduranlarda səpkilər yaranıb – FOTO

  • Space TV
  • 5 Mart 2021 11:05

“Moderna” şirkətinin koronavirusa qarşı peyvəndi ilk vaksinasiyadan sonra 10 gün ərzində dəri iltihabı və səpkilər yarada bilir.

Bu barədə tədqiqatçıların “New England Journal of Medicine” jurnalında dərc olunan məqaləsində bildirilir.

Məlumata görə, 12 pasiyentdə belə bir reaksiya müşahidə olunub. Fəsadlar iynənin vurulduğu yerin ətrafında müşahidə olunub. Reaksiya əsasən 4-11 gün arasında baş verib.

Yaranan problemə baxmayaraq, tibb işçiləri pasiyentləri ikinci doza vaksin vurdurmağa inandırıblar. İkinci dozadan sonra dəri iltihabı üç nəfərdə eyni intensivlikdə, üç nəfərdə isə daha yüngül olub. Digərlərində fəsad müşahidə olunmayıb.

Paylaş

 Xəbəriniz olsun