MN: Ermənistan ərazisində sərhəd zastavasının vurulması barədə yayılan məlumat yalandır və təxribat xarakteri daşıyır

  • SpaceTV
  • 27 Oktyabr 2020 12:06

Ermənistanın bu gün guya Azərbaycana məxsus PUA və raket-artilleriya vasitələrindən istifadə etməklə Ermənistan ərazisinin atəşə tutulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır.

Bu barədə spacetv.az-a Müdafiə Nazirliyindən bildirilib.

“Bildiririk ki, Azərbaycan yeni humanitar atəşkəs rejiminə tam riayət edir.

Paylaş

 Xəbəriniz olsun