MN: Düşmən Tərtər və Ağdam rayonlarının kəndlərini atəşə tutur

  • Space TV
  • 5 Noyabr 2020 15:21

Noyabrın 5-i saat 14:40-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhəri, rayonun Səhləabad kəndini, eləcə də Ağdam rayonunun Hacıturallı və Əfətli kəndlərini artilleriya atəşinə tutur.

Spacetv.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

“Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinə qarşı cavab tədbirləri görülür”, – məlumatda qeyd edilib.

Paylaş

 Xəbəriniz olsun