MN: Düşmən kvadrokopteri məhv edilib

  • SpaceTV
  • 26 Oktyabr 2020 17:52

Azərbaycan Ordusuna məxsus zərbə PUA-nın cəbhə xəttində guya məhv edilməsi barədə Ermənistanın yaydığı məlumatın heç bir əsası yoxdur və yalandır.

Bu barədə Spacetv.az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

“Tam əksinə, bu gün günorta saatlarında Ermənistan-Azərbaycan dövlət sərhədinin Daşkəsən rayonu sahəsində bölmələrimizin mövqeləri üzərində uçuş keçirməyə cəhd göstərən düşmən kvadrokopteri atıcı silahlardan açılan atəşlə məhv edilib”, – açıqlamada qeyd olunub.

Paylaş

 Xəbəriniz olsun