“Formula 1” üzrə 7 qat dünya çempionu Mixael Şumaxerin oğlu Mik Şumaxerin yeni komandası açıqlanıb.
Spacetv.az yarışın rəsmi tvitter səhifəsinə istinadən xəbər verir ki, 21 yaşlı pilot “Hass”a keçib. O, 2021-ci ildən “Formula 1″də yarışacaq.
Mik Şumaxer son olaraq “Prema Racing”in heyətində “Formula 2″də mübarizə aparıb.