Misirdə yeni növ koronavirusa yoluxanların sayı artıb

  • SpaceTV
  • 16 Aprel 2020 11:18

Misirdə koronavirusa (COVID-19) yoluxanların sayı daha 155 nəfər artaraq 2505-ə çatıb.

SPACE TV xəbər verir ki, bu barədə Misirin Səhiyyə naziri Hala Zayed məlumat verib. O qeyd edib ki, son bir sutkada xəstəlikdən 5 nəfər dünyasını dəyişib və koronavirus qurbanlarının ümumi sayı 183 olub.

Misir Səhiyyə Nazirliyinin məlumatına görə, indiyədək ölkədəki 12 karantin xəstəxanasında 553 koronavirus xəstəsi tam sağalıb.

Misirin Baş Naziri Mustafa Madbuli bildirib ki, nazirlər üç ay müddətində əməkhaqlarının 20 faizini koronavirusla mübarizə fonduna köçürəcəklər. O əlavə edib ki, qarşıdakı iki həftə ərzində COVID-19 virusuna yoluxma halları arta bilər və hökumət bunun qarşısını almaq üçün zəruri tədbirlər həyata keçirir.

Paylaş

 Xəbəriniz olsun