Misirdə yaşı 3 min olan 30 mumiya tapılıb

  • SpaceTV
  • 21 Oktyabr 2019 11:34

Misirli alimlər içində 30 mumiyanın olduğu sarkofaqlar aşkar edib.

SPACE TV  xəbər verir ki, bu barədə CNN məlumat yayıb.



Yerli arxeoloqlar bildirib ki, bu nadir tapıntı Qədim Misir haqqında yeni informasiyaların əldə olunması ilə nəticələnəcək.

Qeyd edək ki, 30 sarkofaqın içində olan mumiyaların 3 min ildən çox yaşının olduğu ehtimal edilir. Sarkofaqlar ölkənin cənubundakı Luksor şəhərində tapılıb. Arxeoloqlar tapılan sarkofaqları son əsrin ən böyük uğuru kimi qiymətləndirib.

Paylaş

 Xəbəriniz olsun