Misirdə neft oğurluğu zamanı boru kəməri partladı, 6 nəfər öldü

  • SpaceTV
  • 14 Noyabr 2019 15:09

Misirin Buxeyra vilayətinin İtyay-el-Barud rayonunda neft boru kəmərində partlayış baş verib.

Life” Misirin Səhiyyə nazirliyinə istinadən xəbər verir ki, partlayış nəticəsində 6 nəfər ölüb, 15 nəfər yaralanıb.

Xəsarət alanlar müxtəlif dərəcəli yanıqlarla xəstəxanaya yerləşdirilib.

Neft nazirliyi bildirib ki, boru kəmərindən neft məhsullarının oğurlanması cəhdi partlayış və yanğına səbəb olub.  

Paylaş

 Xəbəriniz olsun