Misirdə iki nəfər koronavirusdan həyatını itirdi

  • SpaceTV
  • 17 Mart 2020 12:22

Misirin Səhiyyə Nazirliyi ötən gün ərzində ölkə ərazisində 40 nəfərin koronavirusa yoluxduğunu, iki nəfərin isə həyatını itirdiyini bəyan edib.

“RİA Novosti” xəbər verir ki, beləliklə ölkədə koronavirusa yoluxanların sayı 166 nəfərə çatıb.

Nazirliyin əməkdaşı Xaled Muqahedin sözlərinə görə, ötən gün ərzində xəstəliyə 35 Misir vətəndaşı və beş əcnəbi yoluxub.

“Yoluxanlardan səkkizi ümrədən qayıdıb, qalanları isə daha əvvəl yoluxanlarla təmasda olublar. Luksor bölgəsində 72 yaşlı Almaniya vətəndaşı və Dakahliya bölgəsində 50 yaşlı yerli vətəndaş həyatını itirib”, – deyə Muqahed əlavə edib.

Paylaş

 Xəbəriniz olsun