Misirdə 80-dən çox qədim məzar aşkar edilib

  • SpaceTV
  • 13 Fevral 2020 11:58

Misirin Dakahliya əyalətində qazıntılar aparan arexeoloji qrup 83 qədim məzar aşkar edib.

“RİA Novosti” xəbər verir ki, ölkənin Əntiq dövrü üzrə Ali Şuranın rəhbəri Mustafa əl-Vaziri Umm əl-Xəlcan bölgəsində tapılan məzarların eramızdan əvvəl dördüncü minilliyin birinci yarısına təsadüf etdiyini bildirib.

Mütəxəssis həmçinin bu məzarların oval quyu formasında düzəldildiyini vurğulayıb.

Məzarlarda gil tabutlar və müxtəlif qab-qacaq olub.

Onun sözlərinə əsasən, o dövrə aid gil tabut ilk dəfədir ki Dakahliyada tapılır.          

Əl-Vaziri bu bölgədə daha çox analoji məzarların tapılacağından əmindir.

Paylaş

 Xəbəriniz olsun