Misirdə 3500 il yaşı olan abidə aşkarlandı

  • Space TV
  • 28 Noyabr 2019 10:37

Fransadan olan arxeoloqlar Misirdə 3,5 min il yaşı olan qəbir abidəsi aşkarlayıb.

SPACE TV  RİA-ya istinadən xəbər verir ki, abidə ölkənin cənubundakı Əl-Əssaif nekropolunda üzə çıxıb. Tapılan abidələrin ölçüsü 180 və 195 santimetrə bərabərdir. Nadir tapıntıların üzərində zəngin yazı işləri var.

Arxeoloqların məlumatına görə, qəbir abidələri 18-ci firon (e.ə 1550-1292) sülaləsinə aiddir.

Qeyd edək ki, əl-Assaif nekropolu Nil çayının sahilində yerləşir.

Paylaş

 Xəbəriniz olsun