Misirdə 3 min illik tabut açıldı – Təbiətə məlum olmayan yeni

  • SpaceTV
  • 3 Aprel 2020 13:56

Misirli arxeoloqlar 3000 illik mumiyanın tabutu içərisindən maraqlı görüntülər aşkar ediblər.

SPACE TV xəbər verir ki, Misir mumiyasını Şotlandiyada muzeydə nümayiş olunmamışdan öncə yenidən yaxşı vəziyyətə gətirmək üçün işlərə başlanılıb.

Mumiyanın araşdırmaları zamanı təbiətə məlum olmayan böcəyin qalıntıları tapılıb. Aşkar edilmiş böcək mumiyanın çürüməsinə səbəb olan amillərlə əlaqəli ola bilər.

Həmçinin tabutun içərisində rəsmlər aşkar edilib. Hər iki rəsmlərdə Misir ilahəsi Amentet və ya İmentetin olduğu təxmin edilir. Pert Muzeyi və İncəsənət Qalereyasının kolleksiya işçisi, doktor Mark Hall, açıqlamasında bildirib ki, bu rəsmlərin aşkar edilməsi çox böyük bir sürpriz olub.

” Əvvəllər bu mumiyanı açıb baxmaq üçün səbəbimiz yox idi. Ona görə bu rəsmlər bugunə kimi aşkar edilməmişdi. Beləliklə, tabutun hər iki tərəfində aşkarladığımız bu rəsmlər ziyarətçilər üçün əsl bonusdur. Eramızdan əvvəl 760 cı ildəki tarixlərə aid olduğu güman edilən mumiyanın tarixi haqqında daha çox araşdırma aparılacaq.”

Qeyd edək ki, mumya 1936-cı ildə Alloa Təbiət Elmləri və Arxeologiya Cəmiyyəti tərəfindən Perth Muzeyinə hədiyyə edilib.

Paylaş

 Xəbəriniz olsun