Mişel Platini yenidən futbola qayıdır

  • SpaceTV
  • 7 Sentyabr 2019 13:00

UEFA-nın sabiq prezidenti Mişel Platini yenidən futbola qayıtmaq niyyətindədir.

Space TV “France Football”a istinadən xəbər verir ki, bu barədə 64 yaşlı fransalı funksionerin özü məlumat verib. 

“Harada və necə olduğunu bilmirəm, amma futbola qayıdacağam. Bu axmaq cəzaya dayana bilmirəm. FİFA və İsveçrə prokurorluğunun adamlarının iştirak etdiyi bir planının qurbanı oldum. Ancaq bunun İsveçrə səlahiyyətliləri tərəfindən olduğunu demirəm. Bütün həqiqətlərin yer alacağı kitab yazmaq istəyirəm”, – deyə Platini vurğulayıb. 

Paylaş

 Xəbəriniz olsun