Mirabdulla Abbasov “Neftçi”yə qayıdır

  • Space TV
  • 23 Dekabr 2019 17:16

Futbolçu Mirabdulla Abbasov “Neftçi”yə qayıdacaq.

Bu barədə SPACE TV-ə futbolçunun yaxınları bildirib.

24 yaşlı hücumçu 12 xalla Premyer Liqada sonuncu olan “Səbail”də qalmaq istəmir. Maliyyə problemi ilə üzləşmiş “Səbail” də futbolçularını saxlamaqda çətinlik çəkir. Baxmayaraq ki, Mirabdulla Abbasov müqavilə ilə “Neftçi”yə məxsus olsa da, yayda bir illiyə “Səbail”ə oyun praktikasından əziyyət çəkməmək üçün icarəyə göndərilib.

Bununla belə, artıq qış transfer pəncərəsi dönəmində futbolçu “Neftçi”yə qayıdacaq. “Neftçi”nin baş məşqçisi Roberto Bordin də onun qayıtmasını istəyir.

Qeyd edək ki, Qurban Qurbanovun vaxtında da Mirabdulla Abbasov “Səbail”də cari mövsüm 11 oyuna çıxıb və rəqib qapılarından üç qol keçirib.

Paylaş

 Xəbəriniz olsun