Miqrasiya Xidmətinin əcnəbilərə MÜRACİƏTİ

  • Space TV
  • 20 Avqust 2020 13:29

Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda olan və yaşayan əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə və Azərbaycan Respublikası vətəndaşlarına müraciət edib.

Qurumdan Spacetv.az-a bildirilib ki, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, Azərbaycan Respublikasının vətəndaşlığından çıxma və vətəndaşlığa bərpa ilə bağlı əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikası vətəndaşlarının müraciətləri bu gündən etibarən həftənin I-V günləri saat 09:00-dan 18:00-dək (13:00-dan 14:00-dək nahar fasiləsi) Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin mərkəzi aparatında və regional miqrasiya idarələrinin (Bakı şəhər regional miqrasiya idarəsi istisna olmaqla) inzibati binalarında qəbul ediləcək. 

Paylaş

 Xəbəriniz olsun