Miqrasiya quşları

  • SpaceTV
  • 4 Dekabr 2019 15:40

Mahmudçala ovçuluq təsərrüfatın müəyyən hissəsi Köhnə -Ələt-Astara magistral yolunun üzərində yerləşir.Elə buna görə də yol boyunca hərəkət edən istənilən şəxs buradakı köçəri quşların sehrinə düşür.Su hövzəsində növbnöv quşlar olsa da onlardan örədk, filaminqolar çoxluq təşkil edir.Bundan başqa burada adları ” Qırmızı kirab” a düşmüş soltantoyuq, qaranaz və ərsindimdik kimi nadir quşlara da rast gəlinir.Payız və qış mövsümündə bölgədəki quşların bu rəngarəngliyinin sorağı ilə xaricədn ölkəmizə gələnlər də olur.

Təbii ki, quşların kütləviliyi öv həvəskarlarının da diqqqətindədir.Elə Mahmudçala ovçuluq təsərrüatının yaradılmasında əsas məqsədlərdən biri də  köçəri quşların mühafizəsi ilə yanaşı onların ovlanmasıdır.

7136 hektarlıq ərazini əhatə edən Mahmudçala ovçuluq təsərrüfatı çöl quçlarının növünə  və qışlama sayına görə Avropada ingiltərə və holnadiyadan sonra 3 -cü yerdə qərarlaşıb. İlin yağmurlu fəsillərində ovçuluq təsərrüfatında Balharı çayının əmələ gətirdiyi iri su hövzələri burada köçəri quşların  qışlaması üçün əlverişli şərait yaradır.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun