Gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin “qara qutusu” tapılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Space.TV-yə verilən məlumata görə, qara qutu dənizdən çıxarılıb.
Hazırda qurğunun içərisində olan məlumatların əldə edilməsi məqsədi ilə “qara qutunun” texniki vəziyyəti öyrənilir.
Eyni zamanda təyyarənin qalıqlarının dənizin dibindən çıxarılması üzrə tədbirlər davam etdirilir.