Minlərlə şəxs cərimə olundu

  • SpaceTV
  • 6 İyul 2020 13:02

Həftənin bazar günü respublikada xüsusi karantin rejimini pozduqlarına görə dörd nəfər inzibati qaydada həbs edilib, 2294 nəfər inzibati cərimə olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, koronavirusla mübarizə çərçivəsində polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı xüsusi karantin rejimi qaydalarını pozan fiziki və hüquqi şəxslərə qarşı inzibati tənbeh tədbirləri tətbiq edilib.

İyulun 5-də həyata keçirilən nəzarət tədbirləri ilə epidemiya əleyhinə rejimi pozan respublika üzrə 11 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb. Həmin obyekt sahiblərinin biri inzibati həbs, 10 nəfər isə inzibati cərimə edilib.

İnzibati cərimə edilənlərdən 548 nəfəri tibbi maskadan istifadə etməyənlərdir.

Paylaş

 Xəbəriniz olsun