Minlərlə ev quşu tələf olub

  • Space TV
  • 29 Noyabr 2019 14:40

Yanğın hadisəsi Ucarda, daha dəqiq desək, rayonun “29-cu məhəllə” adlanan ərazisində qeydə alınıb. Rayon sakini Səməd Əşrəfova məxsus həyətyanı sahədə yerləşən və ev quşu saxlanılan 134 kvadrat metrlik tikilidə  yanğın baş verib. Bu zaman binanın 100 kvadratmetri və içərisində olan 1500 baş 1 günlük ev quşu  yanıb.  Hadisə yerinə FHN – nin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin  texnikası və canlı qüvvəsi cəlb edilib. Mühfizə hissə əməkdaşlarının səyi nəticəsində binanın qalan hissəsi və ətrafdakı tikililər yanğından mühafizə edilib. Obyekt sahibi yanğına səbəb olaraq ilkin ehtimal kimi odun sobasını göstərib. Hadisə zamanı ölən və xəsarət alan olmayıb.  Faktla bağlı araşdırma aparlır.

 VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun