Minik maşını piyadanı vurdu

  • SpaceTV
  • 10 Dekabr 2019 16:35

Hadisə şəhər daxilində qeydə alınıb. Rayon sakini Dinar Baxışov idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyada, 62 yaşlı  İmanova Səadət Məmməd qızını vurub.  Hadisədən dərhal sonra sürücü tərəfindən xəstəxanaya çatdırılan piyadanın həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, qəzanı törədən sürücü Göyçay rayon Təcili Tibbi Yardım Stansiyasının həkimidir. Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun