Minik maşını kanala düşdü, ölən var

  • Space TV
  • 30 Noyabr 2019 10:48

Ağcabədi rayonunda 50 BK 182 dövlət nömrə nişanlı “VAZ” markalı avtomobi kanala düşüb, bir nəfər ölüb.

SPACE TV xəbər verir ki, hadisə “Qarabağ” kanalının Hüsülü kəndindən keçən hissəsində qeydə alınıb.

Rayonun Qiyamadınlı kənd sakini, 1980-ci il təvəllüdlü Mirzəyev Gündüz Savalan oğlunun meyiti kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobildə digər sərnişinlərin olub-olmadığı müəyyənləşdirilir.

Faktla bağlı araşdırma başlanılıb.

Paylaş

 Xəbəriniz olsun