Minik maşını “KamAZ”la toqquşdu: Xəsarət alan var

  • Space TV
  • 21 Yanvar 2021 12:44

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhəri ərazisində VAZ markalı minik və “KamAZ” markalı yük avtomobilləri toqquşub.

Bu barədə Fövqaladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasediciləri sıxılı vəziyyətdə qalan bir nəfəri deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.

Paylaş

 Xəbəriniz olsun