Minik avtomobili Binə sakininin iki ayağını qırdı

  • SpaceTV
  • 24 Oktyabr 2019 13:13

Bakının Xəzər rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  

SPACE TV xəbər verir ki, qəza Binə qəsəbəsində qeydə alınıb.  

Minik avtomobili Südçülük sovxozu yaşayış massivində 1949-cu il təvəllüdlü Abdullayev Səxavət İbadulla oğlunu vuraraq ağır xəsarət yetirib.  

Evlərinin yaxınlığında xəsarət alan yaralı dərhal xəstəxanaya yerləşdirilib.  

S.Abdullayevə hər iki ayağın sınığı diaqnozu qoyulub.  

Hadisə ilə əlaqədar araşdırma aparılır.  

Paylaş

 Xəbəriniz olsun