Miniatur Azərbaycan. Ağstafada olan parkın adı məhz belə adlanır
Bu kicik parkda ölkəmizin bütün rayonlarına aid tarixi abidələrin kiçik modelini görmək olur . Qız qalası , Atəşgah məbədi .Şuşa qalası eləcədə türbələrin yer aldığı bu məkan Ağstafa şəhərinin ərazisində yerləşir.
Ərazisi 2,5 ha olan bu mini park Azərbaycan Respublikasının xəritəsinin tərtibatı üzərində öləkəmizin dövlət sərhədləri boyunca Azərbaycanı əhatə edən dağ silsilələri, çay və gölləri, təbiət mənzərələri, tarixi və müasir abidələri əks etdirən miniatur park sayılır.
Azərbaycan Miniatür parkında 70-dək tarixi, dini abidə və müasir dövrdə inşa edilmiş gözəl və yaraşıqlı saray və binaların maketi quraşdırılıb . Mütəmadi insan axınının gəldiyi parkda cənubi Qafqazın ən böyük su elektrik stansiyası olan Mingəcevir SES-ı , Kiş məbədi, Şəki xan sarayı, Simurq qalası kimi tarixi məkanların kicik modellərinə rast gəlmək olur.
Abidələrlə yanaşı parkda tarixi yollarında maketləri yer alır. Bu günə kimi yalnız bir neçə Avropa ölkələrində olan tarixi və müasir abidələr parkının daha estetik və dizayn görkəmidə bu məkana gələnləri heyran edir.
Qeyd edək ki, parkda ölkəmizin sərhədləri eləcədə keçid məntəqələrinin maketləridə ardıcıl quraşdırılıb.
Azərbaycanın bütün bölgələrində olan və xalqımızın tarixi keçmişini yaşadan tikili abidələrimiz, hazırki inkişafımızı ifadə edən müasir tikililərin nümunələridə parkda sərgilənməkdədir. Mini Azərbaycan parkının bir hissəsində Azərbaycan Respublikasının sosial-iqtisadi infrastrukturunun inkişaf mərhələlərini əks etdirən yeniliklərin də miniatür heykəlləri qoyulmuşdur.
Vasif Vaqifoğlu – Rəşad Əlisgəndərov – Space – Ağstafa