Mini traktor

  • SpaceTV
  • 7 Oktyabr 2019 14:56

 Neftçala sakini 20 ildən artıqdır ki, Ulu Öndər Heydər  Əliyevin ailələrinə hədiyyə etdiyi mini traktordan istifadə etməklə yanaşı, həm də onu göz bəbəyi kimi qoruyaraq saxlayıb. Mini traktor Neftçala rayonunun Beşdəli kəndində Məmmədovlar ailəsinə məxsusdur. Yaz-payız aylarında bu mini traktoru yalnız həyətyanı sahələrdə görmək mümkündür. Kiçik olduğundan həyətyanı sahələrdə asanlıla manevr edir, şum qaldırılmasını yüksək keyfiyyətlə həyata  keçirir. Bu üzdən kənd əhalisi bağlarında şum qaldırmaq üçün yalnız bu mini traktordan istifadə edir. 20 ildən artıqdır ki, Ulu Öndər Heydər Əliyev tərəfindən  bu traktor Azərbaycanın Milli Qəhrəmanı Xanoğlan Məmmədovun ailəsinə hədiyyə verilib. O vaxtdan bu günə kimi  Milli Qəhrəmanın qardaşı Rəşid Məmmədov Ulu Öndərdən qalan yadigarı istifadə edir.

Traktor kənddə görünən gündən kənd əhalisinin də işi xeyli asanlaşıb. İndi daha kənddə həyətyanı sahələr, bağlar bellə şumlanmır. Daha çox bu mini traktorla şum qaldırılır.

Bağ və həyətlərdə traktorla şum apardıqdan sonra  Rəşid texnikanın toz-torpağını təmizləyir, yoxlamadan keçirir və növbəti günə hazırlığını görür. Onun dediyinə görə, bu texnika Ulu Öndərdən yadigar olduğundan ailəsi üçün çox qiymətlidir.  Bildirir ki, ömrünün sonuna kimi kənd əhalisinə bu tarktorla xidmət göstərməklə yanaşı, həm də onu göz bəbəyi kimi qoruyaraq saxlayacaq.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun