Mingəçevirdə qadın iş yerində bıçaqlanıb

  • Space TV
  • 8 Sentyabr 2020 14:04

Mingəçevirdə bıçaqlanma faktı qeydə alınıb.

Spacetv.az-ın məlumatına görə, naməlum şəxs Heydər Əliyev prospekti 21 ünvanında yerləşən aptekdə işləyən 1980-ci il təvəllüdlü Könül Mirzəliyevanı iş yerində bıçaqlayıb və hadisə yerindən qaçıb.

Qadın xəstəxanaya çatdırılıb, durumu ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma başlanılıb.

Paylaş

 Xəbəriniz olsun