Mingəçevirdə qətl hadisəsi törədilib

  • Space TV
  • 22 İyun 2020 16:52

Oğul anasını bıçaqalayaraq öldürüb. Dəhşətli hadisə Mingəçevirdə, Yeni Həyat qəsəbəsində baş verib. Gecə saatlarında Elmir Hacıyev doğma anası Brilyant Hacıyevanı qətlə yetirib. Hadisədən səhər saatlarında xəbər tutan mərhumun anası nəvəsinin qətli nədən törətməsindən xəbərsiz olduğunu bildirib.

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Elmir Hacıyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Emin Babayev SPACE TV

Paylaş

 Xəbəriniz olsun