Mingəçevirdə ölkənin ən hündür səmənisi yetişdirilib.

  • SpaceTV
  • 19 Mart 2020 11:59

Hündürlüyü 2 metr 40 santimetr olan Novruz atributu şəhərin Heydər Əliyev prospektində yerləşən Uşaq İncəsənət Məktəbinin önünə quraşdırılıb. İstixanada şəaritində təxminən 20 günə yetişən səməni 70 kiloqram buğdadan cücərdilib. Səməni xüsusi elektrik mexanizmə qoşulub ki, bu da ona gün ərzində dövrə vurmağa imkan verir.

Şəhərdə ilk dəfə yetişdirilən ən hündür səməniyə maraq böyükdür. Böyükdən kiçiyə hərkəs Novruz atributuna yaxınlaşaraq onun təbbi olmasını yoxlayır və önündə şəkil çəkdirir.

Mingəçevir şəhəri ərazisində 8 müxtəlif tərtibatlı səməni quraşdırılıb. Onlardan biri istixanada şəaritində yetişdirilən və ölkənin ən hündür səmənilərindən biridir. Qeyd edək ki, növbəti Novruz bayramı ərəfəsində şəhər ərazisində daha hündür səmənilər yetişdirilməsi nəzərdə tutulur.

Emin Babayev  SPACE TV

Paylaş

 Xəbəriniz olsun