Mingəçevirdə mikroavtobus minik maşını ilə toqquşub,

  • SpaceTV
  • 14 Yanvar 2020 15:41

Ağir qəza 3 qadının xəsarət alması ilə nəticələndi.

Qəza 7 saylı xəttə hərəkət edən mikroavtobusun, minik maşını ilə toqquşuması zamanı baş verib. Zərbənin gücündən mikroavtobus aşıb. Ətrafdakıların köməyi ilə yaralılar mikroavtobusdan çıxarılaraq təcili yardım birqadasına təhvil verilib. Qəza zamanı ətrafa yanacaq dağıldığından yanğın və partlayış təhlükəsi yaranıb. Yanğınsöndürmə birqadası baş verə biləcək təhlükənin qarşısını alıb. Hadisə zamanı Taliyə Qorçuyeva, Türkan Əhmədova, Aydan Məmmədova xəsarət alaraq xəstəxanaya yerləşdilirb. Faktla bağlı araşdırma aparılır.

Emin Babayev SPACE TV

Paylaş

 Xəbəriniz olsun