Mingəçevirdə məcburi köçkünlərin yaşadığı yataqxanada yanğın olub.

  • Space TV
  • 3 Yanvar 2020 17:01

Mingəçevir şəhərinin Naxçıvan 31 ünvanında məcburi köçkünlərin yaşadığı 5 mərtəbəli yataqxananın 5 ci mərtəbəsində yanğın baş verib.

4 otaqlı mənzilin bir otağı əşyaları ilə brgə tamamilə yanıb. Hadisə yerinə Mingəçevir Yanğından Mühafizə briqadasının 4 maşını və təcili yardım briqadası gəlib.Yanğın zamanı xəsarət alan olmasa da ev sahiblərinə ciddi ziyan dəyib. Ev sahibi Samir Kərimov bildirir ki, yanğın zamanı evimin bütün əşyaları yanıb.

Qeyd edək ki,yanğın zamanı digər otaqlarda ziyan dəyib.

Emin Babayev SPACE TV

Paylaş

 Xəbəriniz olsun