Mingəçevirdə külək fəsadlar törədib.

  • Space TV
  • 18 May 2020 15:09

Əsən güclü külək Mingəçevirdə də fəsadsız ötüşməyib. Təbiət hadisəsi zamanı şəhərin Su Elektrik Stansiyası istiqamətində, çimərlik yolu deyilən hissədə ağac aşaraq avtomobillərin gediş-gəlişinə çətinlik yaradıb. Qovaq ağacı küləyə tab gətirməyək yol kənarında olan dərmirləri də əzərək yola düşüb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Güclənən külək şəhərin bir neçə hissəsində iri ağac və budaqlarını qırıb. Adiyyatı qurumlar tərəfindən həmin ağaclar ərazidən götürülüb.

Emin Babayev  SPACE TV

Paylaş

 Xəbəriniz olsun