Mingəçevirdə gizli fəaliyyət göstərən restoran aşkar edildi – FOTO

  • Space TV
  • 14 Avqust 2020 10:51

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində şəhər ərazisində xüsusi karantin rejimi qaydalarına zidd gizli fəaliyyət göstərən restoran aşkar edilib.

Spacetv.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, şəhərin Heydər Hüseynov küçəsində yerləşən “Miraj” restoranının qaydaları pozaraq, müştəri qəbul etdiyi məlum olub.

İcarə əsasında obyekti işlədən Yaşar Mövsümov barəsində Mingəçevir Şəhər Polis Şöbəsində toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə o, 3100 manat cərimə edilib.

Paylaş

 Xəbəriniz olsun