Mingəçevirdə avtomobil qaçıran 61 yaşlı şəxs saxlanılıb

  • SpaceTV
  • 26 Avqust 2019 15:50

Mingəçevir şəhərində avtomobil qaçıran 61 yaşlı Damət Həsənov saxlanılıb.

Mingəçevir şəhər sakini Saleh Rəhimov DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq, şadlıq saraylarından birinin qarşısında saxladığı ona məxsus “VAZ-2106” markalı avtomobilin naməlum şəxs və yaxud da şəxslər tərəfindən qaçırıldığını bildirib.

Əməliyyat tədbiri nəticəsində həmin avtomobili qaçıran şəxsin şəhər sakini, 61 yaşlı Damət Həsənov olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

 

Paylaş

 Xəbəriniz olsun